İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəhram Rəcəbzadədən ağır məğlubiyyətdən sonra ilk AÇIQLAMA

1921 15.06.2025 15:49 İdman A A

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə Niderlandın Rotterdam şəhərində keçirilən nüfuzlu "Glory100" yarışındakı ağır məğlubiyyətdən sonra ilk dəfə açıqlama verib.

İdmançımız sosial media səhifəsində azarkeşlərə müraciətində bu sözləri yazıb.

"İdmanda bəzən qalib gəlirsən, bəzən isə uduzursan. Dünən mən uda bilmədim və sizə sevinmək, mənimlə fəxr etmək şansını verməyi bacarmadım. Hərdən emosiyalara nəzarət etmək çətindir. Bu, bəhanə deyil. Lakin daha güclü qayıdacağıma söz verirəm. Mən rəqibimi qələbə münasibətilə təbrik edirəm. Gələn dəfə görüşərik. Sizi sevirəm və dəstəyinizə görə minnətdaram", - deyə B.Rəcəbzadə vurğulayıb.

Xatırladaq ki, yarışın 3-cü qrupunda çıxış edən "Qızıl qurd" ləqəbli həmyerlimiz birinci döyüşdə albaniyalı Asdren Qaşini 1-ci raundda nokaut edib.

Amma qrup qalibi olmaq uğrunda yerli Mari Kromahla görüşdə məğlubiyyətdən qaçmaq mümkün olmayıb. Bu dəfə güclü diz zərbəsindən sonra Bəhram özü birinci raundda nokauta düşüb.  (Offsideplus.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR