İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyndə yerləşən iki mühüm radiolokasiya sisteminin vurulmasından əvvəl və sonrakı peyk görüntülərini yayımlayıb.
Musavat.com xəbər verir ki, bu barədə telegram kanalları məlumat yayıb.
SEPAH-ın təqdim etdiyi fotolara əsasən, hücum nəticəsində "Patriot" sisteminə aid AN/MPQ-65 atəş idarəetmə radarı və TPS-75 erkən xəbərdarlıq radarı ciddi zədələnib.
Qeyd edək ki, bu sistemlər raket əleyhinə müdafiə və hədəflərin aşkarlanmasında həlledici rol oynayır.
Musavat.com






