İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bəlkə də başqa cür olardı” – Dilarə Kazımovadan etiraf VİDEO

535 23.01.2026 18:15 Şou-biznes A A
 
Avroviziya təmsilçimiz Dilarə Kazımova yeni duet layihəsi ilə pərəstişkarlarının qarşısına çıxıb. 
 
Musavat.com xəbər verir ki, sənətçinin bəstəkar-müğənni Fidan Aliva ilə birlikdə hazırladıqları "Очень" (Çox) adlı rusdilli mahnıda dramatik eşqin gətirdiyi dərin emosiyalar əsas mövzu kimi işlənib.
 
Dilarə Kazımova musiqi ilə bağlı açıqlamasında bildirib:
 
"Hər kəs bu hekayədə özünü tapa bilər. Alınmadı, amma hələ də içimizdə o sevgini yaşadırıq və həyatımıza davam edirik. Hələ də düşünürük, bəlkə başqa cür ola bilərdi. Bu hissləri hələ də içimizdə yaşadırıq. Bəlkə də bu mahnı vaxtında düzgün qərar verə bilməməyin peşmanlığıdır. Bəlkə hər şey başqa cür ola bilərdi, əgər mən o vaxt getməsəydim. Hələ də bilmirəm verdiyim qərar doğru idi, yoxsa səhv. Biz hələ də "bəlkə"lərin içində yaşayırıq. Bəlkə hər şey tamam başqa cür olardı, əgər mən o vaxt o qərarı verməsəydim". 
 
"Очень" həm Dilarə Kazımovanın repertuarına yeni rəng qatır, həm də onun müğənni dəst-xəttini qoruyub saxlayır.  
 
Mahnının bəstəsi Fidan Aliva tərəfindən hazırlanıb və artıq "YouTube" kanalında, həmçinin bütün rəqəmsal musiqi platformalarında dinlənilə bilər.

 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR