İnsanlara hürriyət, millətlərə istiqlal!

Berlin fövqəladə təhlükəsizlik rejiminə keçdi – Zelenskinin səfəri şəhəri iflic edir

636 14.12.2025 19:28 Dünya A A

Almaniyanın paytaxtı Berlin Ukrayna prezidenti Volodimir Zelenskinin səfəri ilə əlaqədar gücləndirilmiş təhlükəsizlik rejiminə keçirilib.

Musavat.com xəbər verir ki, şəhər hakimiyyətinin məlumatına görə, səfər günlərində bir sıra küçə və prospektlər bağlanacaq, nəqliyyatın hərəkətində məhdudiyyətlər və gecikmələr gözlənilir. İctimai nəqliyyatın işində də müvəqqəti fasilələr yarana bilər.

Təhlükəsizliyin təmin olunması məqsədilə əlavə polis patrulları, eləcə də xüsusi təyinatlı bölmələr cəlb oluna bilər. Şəhərin mərkəzi və rəsmi görüşlərin keçiriləcəyi ərazilər xüsusi nəzarət zonası elan edilib.

Rəsmi qurumlar sakinlərə və şəhər qonaqlarına alternativ marşrutlardan istifadə etməyi və mümkün məhdudiyyətləri əvvəlcədən nəzərə almağı tövsiyə edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR