İnsanlara hürriyət, millətlərə istiqlal!

Bilal Ərdoğan 20 Yanvar Hüzn Günü ilə bağlı Gəncədə Şəhidlər xiyabanını ziyarət edib - VİDEO

966 20.01.2026 15:54 Ölkə A A

Musavat.com xəbər verir ki, Türkiyə Cümhuriyyəti Prezidentinin oğlu Bilal Ərdoğan Azərbaycanda səfərdədir. Səfər çərçivəsində o, dünən Tərtər rayonunda olub, bu gün isə Gəncə şəhərinə səfər edib.

Bilal Ərdoğan 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə Gəncədə Şəhidlər xiyabanı ərazisində qurulmuş Xatirə abidəsini ziyarət edib. O, Gəncə şəhər rəhbərliyi və ictimai fəallarla birlikdə mərasimdə iştirak edib, şəhidlərin xatirəsini ehtiramla anıb və abidə önünə gül dəstələri qoyub.

Ziyarət zamanı 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsində tutduğu yer xüsusi vurğulanıb, Türkiyə–Azərbaycan qardaşlığının bu kimi tarixi günlərdə bir daha özünü göstərdiyi qeyd olunub.

Qeyd edək ki, Bilal Ərdoğan Azərbaycanla bağlı mövqeyi, ölkəmizə və xalqımıza göstərdiyi səmimi münasibət ilə tanınır. Onun bu səfəri və 20 Yanvar şəhidlərinin xatirəsinə göstərdiyi ehtiram Türkiyə–Azərbaycan münasibətlərinin mənəvi-siyasi əsaslarının möhkəmliyini bir daha nümayiş etdirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qədər Azərbaycana könül bağlılığı ilə seçilən Bilal Ərdoğanın bu addımı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR