Müğənni Samirə Əfəndi növbəti paylaşımı ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında "Quran"dan ayə paylaşımı edib.
O, ədalətli olmağın vacibliyini vurğulayıb:
"...Və qoy hansısa bir xalqa olan nifrət sizi ədalətsiz olmağa vadar etməsin. Ədalətli olun - bu, təqvaya daha yaxındır…"
Qeyd edək ki, Astanada keçirilən beynəlxalq müsabiqənin finalında Azərbaycan təmsilçisi Samirə Əfəndinin Ermənistan nümayəndəsinə 12 xal verməsi və daha sonra həmin iştirakçının Əfəndiyə yaxınlaşıb onu qucaqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
Könül
Musavat.com






