İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bitva Ekstrasensov”un aparıcısı illüziyaları dağıtdı: “Gizli-mistik inanclar — tamamilə mifdir”

989 04.12.2025 21:25 Maraqlı A A

Musavat.com xəbər verir ki, məşhur “Bitva Ekstrasensov” şousunun 15 il aparıcısı olmuş illüzionist Sergey Safronov gizli qabiliyyətlər barədə sərt açıqlama ilə çıxış edib.

2020-ci ildə qalmaqaldan sonra layihəni tərk edən Safronov deyib ki, insanların fövqəltəbii güclərə malik olması — sadəcə mifdən ibarətdir.

Aparıcının sözlərinə görə, illər ərzində şouya qatılan yüzlərlə “ekstrasens”dən heç biri onun onkoloji xəstəliyini aşkar edə bilməyib. Bu isə Safronovun uzun müddətdir formalaşan şübhələrini daha da gücləndirib.

O əlavə edib ki, layihənin əvvəlindən bu cür iddialara skeptik yanaşıb və illərin təcrübəsi onun mövqeyini dəyişməyib: çünki fövqəltəbii qabiliyyətlərlə bağlı təqdim olunan heç bir nümunə real təsdiqini tapmayıb. 

 

Musavat.com

5c1e5dd4-95fd-4aef-82fe-9f601169f956.jpg (69 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR