ABŞ silahlı qüvvələri narkotik qaçaqmalçılığı şəbəkələrinin üzvlərini məhv etməyə "yalnız indi başlayıb".
Musavat.com xəbər verir ki, bunu Müdafiə naziri Pit Heqset X hesabında yazıb: "Biz narkoterrorçuları öldürməyə yeni başlamışıq". Pentaqon rəhbəri başqa bir mesajda əlavə edib: "Həmişəki kimi, yalançı media vətənimizi müdafiə etmək üçün döyüşən inanılmaz döyüşçülərimizi nüfuzdan salmaq üçün getdikcə daha çox uydurma, təxribatçı və alçaldıcı hekayələr dərc edir".
O, iddia edib ki, ABŞ-ın 46-cı prezidenti Co Bayden terrorçulara göz yumub və “biz onları öldürürük". Heqset yekun olaraq bildirib ki, "Karib dənizindəki davam edən əməliyyatlarımız həm Amerika, həm də beynəlxalq qanunvericiliyə əsasən qanunidir".
Musavat.com






