İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz türkük!” – Bu dövlət həqiqət qarşısında geri çəkildi - ARXİV GÖRÜNTÜLƏRİ

2470 15.12.2025 01:05 Ölkə A A

1990-cı illərin əvvəlində Bolqarıstanda dövlətə yaxın bir televiziya kanalı “Bolqarıstanda türk yaşamır” iddiası ilə xüsusi proqram yayımlamağa başlayıb.

Musavat.com xəbər verir ki, verilişin əsas məqsədi ölkədə türk kimliyinin mövcudluğunu inkar etmək və bu xətti ictimai rəyə qəbul etdirmək olub.

Lakin proqram çərçivəsində aparılan küçə sorğuları və studiya müsahibələri planı alt-üst edib. Efirə çıxan Bolqarıstan vətəndaşları açıq şəkildə “Biz türkük” deyə bəyan edib, ana dillərində danışaraq milli kimliklərini gizlətməyiblər. 

Qısa müddət ərzində veriliş tamaşaçı reaksiyası və faktiki reallıq qarşısında davam gətirə bilməyib və efirdən çıxarılıb. Beləliklə, türk varlığını inkar edən təbliğat elə canlı yayımın özündə ifşa olunub.

Bu hadisə 1990-cı illərdə Bolqarıstanda türklərin kimlik, dil və mədəniyyət uğrunda apardığı mübarizənin simvolik epizodlarından biri kimi tarixdə qalıb. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR