İnsanlara hürriyət, millətlərə istiqlal!

Bloger iflas edən aviaşirkət üçün 22 mln dollar topladı

692 04.05.2026 10:44 Ölkə A A

ABŞ-da yanacaq böhranı səbəbindən fəaliyyətini dayandıran aviaşirkəti xilas etmək üçün blogger milyonlarla dollar ianə toplayıb.

Bu barədə "İzvestia" nəşri məlumat yayıb.

Bildirilir ki, yutub platformasında fəaliyyət göstərən blogger "Spirit 2.0" adlı kampaniya başladaraq Spirit Airlines şirkətinin aktivlərini almağı hədəfləyib.

Məlumata görə, təşəbbüsün məqsədi aktivləri özəl investisiya şirkətlərindən əvvəl əldə edərək onu ictimai kooperativə çevirməkdir. Bloggerin sözlərinə görə, qısa müddətdə kampaniyaya maraq kəskin artıb və o, nahardan qayıdanda artıq 2.3 mln dollardan çox vəsait toplanmışdı. Böyük istifadəçi axını səbəbindən rəsmi sayt da qısa müddət sonra çöküb.

Qeyd olunur ki, sayt bağlanana qədər kampaniya çərçivəsində 36 605 nəfərdən ümumilikdə 22 816 377 dollar ianə yığılıb. Hazırda təşəbbüs müəllifi sövdələşməni yekunlaşdırmaq və vəsaitlərin taleyini həll etmək üzərində çalışır.

Xatırladaq ki, ABŞ-ın ən böyük loukosterlərindən biri olan Spirit Airlines mayın 1-dən 2-nə keçən gecə bütün reyslərini ləğv edərək fəaliyyətini dayandırıb. Şirkətin bağlanmasına səbəb kimi İranda müharibə fonunda yanacaq qiymətlərinin artması nəticəsində yaranan maliyyə çətinlikləri göstərilir./Milli.Az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR