İnsanlara hürriyət, millətlərə istiqlal!

Brilliant Dadaşova Arif Babayevlə belə vidalaşdı - VİDEO

4752 02.08.2025 12:03 Şou-biznes A A

Əməkdar artist Brilliant Dadaşova mərhum Xalq artisti Arif Babayevin xatirəsinə ifa təqdim edib. 

Tanınmış müğənni həmin görüntüləri şəxsi sosial media hesabında paylaşıb.

Brilliant Dadaşova çıxışında ölkənin çox önəmli bir ustadı itirməsindən danışıb:

"Bu gün Azərbaycanımız üçün çox önəmli bir ustadı itirdik. Heyflər olsun. Ruhu şad olsun. Arif Babayevin xatirəsinə oxumaq istəyirəm".

Duyğusal notlarla müşayiət olunan paylaşımında Dadaşova "Bu dünyanı nağıl bilək" mahnısını ifa edib. 

Onun bu jesti sosial mediada izləyicilərin rəğbəti ilə qarşılanıb.

Qeyd edək ki, Arif Babayev dünən səhər saatlarında dünyasını dəyişib.  (Yenisabah.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR