DÇ-2026-nın 1/16 final mərhələsində Braziliya millisi Yaponiya üzərində dramatik qələbə qazanaraq 1/8 finala yüksəlib.
Musavat.com xəbər verir ki, gərgin keçən qarşılaşma Braziliyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Yaponiya 29-cu dəqiqədə Kota Sanonun qolu ilə hesabı açaraq ilk hissəni üstün başa vurub. Lakin ikinci hissədə Braziliya dönüş etməyi bacarıb. Əvvəlcə Kazemiro 56-cı dəqiqədə hesabı bərabərləşdirib. Qarşılaşmanın taleyini isə əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində Qabriel Martinelli həll edib.
Beləliklə, Braziliya geridönüş edərək DÇ-2026-nın 1/8 final mərhələsinə vəsiqə qazanıb. Qrup mərhələsini uğurla adlayan Yaponiya isə turnirlə erkən vidalaşıb.
***
DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən Braziliya – Yaponiya qarşılaşmasında üçüncü qol vurulub.
Musavat.com xəbər verir ki, görüşün 90+5-ci dəqiqəsində Qabriel Martinelli fərqlənərək Braziliya millisini hesabda önə keçirib.
Beləliklə, hazırda oyunda hesab Braziliya 2:1 Yaponiyadır. Braziliya əlavə olunmuş dəqiqələrdə vurduğu qolla 1/8 finala vəsiqəyə çox yaxınlaşıb.
***
DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən Braziliya – Yaponiya qarşılaşmasında növbəti qol vurulub.
Musavat.com xəbər verir ki, görüşün 56-cı dəqiqəsində Kazemiro fərqlənərək Braziliya millisinin hesabı bərabərləşdirməsinə nail olub.
Beləliklə, hazırda oyunda hesab 1:1-dir. Qarşılaşmanın ilk hissəsində Yaponiyanın yeganə qolunu 29-cu dəqiqədə Kota Sano vurmuşdu.
Matçın qalan dəqiqələrində komandalar 1/8 finala yüksəlmək üçün qələbə qolu axtaracaqlar.
Vinisius Juniorun zərbəsi dirəkdən qayıdır
***
DÇ-2026-nın 1/16 final mərhələsində Braziliya və Yaponiya milli komandaları arasında keçirilən qarşılaşmanın ilk hissəsi başa çatıb.
Musavat.com xəbər verir ki, ilk 45 dəqiqədən sonra Yaponiya millisi 1:0 hesabı ilə öndədir. Görüşdə yeganə qolu 29-cu dəqiqədə Kota Sano vuraraq komandasını hesabda önə çıxarıb.
İlk hissədə Braziliya oyuna daha çox nəzarət edən tərəf olub. Cənubi Amerika təmsilçisi topa 67 faiz sahib olub, rəqib qapısına 8 zərbə endirib və bunlardan 2-si qapı çərçivəsinə düşüb. Yaponiya isə topa 33 faiz nəzarət etsə də, 4 zərbədən 1-ni qapıya yönəldib və həmin epizoddan maksimum yararlanaraq hesabı açıb.
Statistikaya görə, hər iki komanda 2 künc zərbəsi yerinə yetirib. Braziliya cəmi 1 qayda pozuntusuna yol verdiyi halda, Yaponiya 6 dəfə qaydanı pozub. İlk hissədə Braziliya futbolçuları 1, Yaponiya isə 2 sarı vərəqə ilə cəzalandırılıb. Qarşılaşmanın ilk 45 dəqiqəsində qırmızı vərəqə qeydə alınmayıb.
Hazırda Braziliya ikinci hissədə hesabı bərabərləşdirməyə, Yaponiya isə üstünlüyünü qoruyaraq 1/8 finala vəsiqə qazanmağa çalışacaq.
***
DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən Braziliya – Yaponiya oyununda ilk qol vurulub.
Musavat.com xəbər verir ki, görüşün 29-cu dəqiqəsində K. Sano fərqlənərək Yaponiya millisini hesabda önə keçirib.
Hazırda oyunda hesab Braziliya 0:1 Yaponiyadır.
21:00***
DÇ-2026-nın 1/16 final mərhələsində Braziliya və Yaponiya milliləri arasında oyun başlayıb.
Musavat.com xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb.
Braziliya mundialın əsas favoritlərindən biri kimi növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparır. Yaponiya isə turnirin sürpriz komandalarından biri olaraq güclü rəqibi qarşısında uğurlu nəticə qazanmağa çalışır.
Matçın əsas vaxtında qalib müəyyənləşməyəcəyi təqdirdə əlavə vaxt, lazım gələrsə penaltilər seriyası oynanılacaq.
Musavat.com qarşılaşmada baş verən önəmli hadisələri operativ şəkildə oxuculara çatdıracaq.






