Böyük Britaniya və Belçikadakı banklar hüquqi nəticələrdən və məhkəmə iddialarından qorxaraq dondurulmuş Rusiya vəsaitlərinin istifadəsinə etiraz ediblər.
Musavat.com “Financial Times” qəzetinə istinadla xəbər verir ki, maliyyə qurumları Rusiya aktivlərinin müsadirə edilməsi cəhdinin təhlükəli hüquqi presedent yarada biləcəyindən narahatdırlar. Nəşrin mənbələrindən biri qeyd edib ki, Böyük Britaniya hökuməti əvvəllər bu cür tədbirlərə əl atmayıb və Moskva, çox güman ki, vəsaitlərin məhkəmədə geri qaytarılmasını tələb edəcək.
Başqa bir mənbə vurğulayıb ki, Ukrayna borc üzrə ödənişləri gecikdirərsə, hakimiyyətin mülkiyyət iddialarına baxmayaraq, aktivlərin geri qaytarılmasının lazım gələ biləcəyi bir vəziyyət yarana bilər. Ekspertlərin fikrincə, bu, sxemi son dərəcə qeyri-sabit edir.
Əsas banklarla işləyən bir məsləhətçi bildirib ki, bu, mahiyyət etibarilə kredit deyil, vəsaitlərin əvəzsiz köçürülməsidir. O, belə bir vəziyyətdə ödənişlərin gecikdirilməsi ehtimalının, demək olar ki, 100% olduğunu və bankların Rusiya iddiaları ilə üzləşmək riskini daşıdığını vurğulayıb.
8 milyard funt sterlinq (təxminən 9,3 milyard avro) dəyərində dondurulmuş Rusiya aktivlərinin Britabniyanın hansı banklrında saxlanıldığı barədə dəqiq təfərrüatlar hələ açıqlanmayıb.
Musavat.com






