İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya da Rusiyanın kölgə donanmasını ovlamağa başlayır

450 13.01.2026 10:28 Dünya A A

Böyük Britaniya hökuməti ölkə silahlı qüvvələrinin Rusiya kölgə donanmasına məxsus yüzlərlə gəmini ələ keçirməsinə imkan verəcək hüquqi əsas yaradıb.

Musavat.com xəbər verir ki, məlumatı The Times qəzeti yayıb. Məlumata görə, Britaniya rəsmiləri hesab edirlər ki, onlar 2018-ci il Sanksiyalar və Çirkli Pulların Yuyulması Qanununa əsasən hərbi qüvvələrə neft tankerlərinə minmək və saxlamaq üçün icazə vermək üçün əsas tapıblar. Nəşr qeyd edir ki, sanksiyalara məruz qalan və saxta bayraqlar altında tutulan hər hansı bir gəmi bu cür əməliyyatlar üçün hədəf alına bilər.

Kral Donanması, Kral Hərbi Hava Qüvvələri, xüsusi təyinatlı qüvvələr və NATO müttəfiqləri tankerlərin yaxalanmasında iştirak edə bilərlər. Ümumilikdə, Böyük Britaniya Rusiya kölgə donanmasının qlobal neft daşınması ilə əlaqəli 520 gəmiyə sanksiya tətbiq edib. Bu gəmilər Kremlə keçən il 100 milyard funt sterlinq müharibə gəliri qazandırıb.

Bu gəmilərin çoxunun saxta bayraqlarla üzdüyü və bunun da onları hərbi əməliyyatların hədəfinə çevirdiyinə inanılır. Keçən ay kölgə donanmasının gəmiləri ABŞ tərəfindən saxlanılmaqdan qorxaraq tələsik Rusiya bayrağından istifadəyə keçiblər.

Belə tankerlərdən biri olan Marinera, Venesuela, Rusiya və İrana neft daşıdığına görə ABŞ tərəfindən müsadirə edildi. London da əməliyyatda iştirak etdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR