Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri və keçmiş Avropa Ticarət komissarı Peter Mandelson məşhur amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri səbəbindən hakim Leyborist Partiyasından istefa verib.
Musavat.com Sky News-a istinadən xəbər verir ki, Lordlar Palatasının 72 yaşlı üzvü partiyanın baş katibi Holli Ridliyə ünvanladığı məktubda bildirib: "Mən Leyborist Partiyasına daha çox problemlər yaratmaq istəmirəm və buna görə də istefa verirəm".
Qeyd edək ki, 30 yanvarda ABŞ Ədliyyə Nazirliyi Epşteyn dosyesindən bütün sənədləri açıqladığını elan edib. Britaniya mediasının məlumatına görə, onlardan birində Mandelsonun maliyyəçidən 75.000 dollar aldığı iddia edilən məlumatlar var. Mandelson özü açıqlamasında "bu məbləğləri aldığına dair heç bir qeyd və ya müzakirə xatırlamadığını" vurğulayıb.
Musavat.com






