İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya mühüm kabellərin keçdiyi ərazidə lövbər salan Rusiya gəmisini qovdu

613 30.01.2026 09:20 Dünya A A

Böyük Britaniya hakimiyyəti texniki nasazlıq adı ilə ölkə sularında lövbər salan Rusiyaya məxsus Sinegorsk toplu daşıyıcı gəmisini Britaniya ərazi sularından çıxarıb.

Musavat.com The Daily Telegraph qəzetinin məlumatına istinadən xəbər verir ki, hadisə barədə Böyük Britaniya Nəqliyyat Nazirliyinin sözçüsü açıqlama ilə çıxış edib: "İlk addım olaraq, biz Sinegorsk gəmisinə təmir üçün Britaniya sularına daxil olduqdan sonra onları tərk etmək barədə açıq xəbərdarlıq etdik. Bu göstərişə əməl edilib və gəmi Britaniya sularını tərk edir".

Qəzetin yazığına görə, Sinegorsk gəmisi 27 yanvar axşamı İngiltərənin cənub-qərbindəki Bristol kanalına daxil olub və Minehead sahillərindən təxminən iki dəniz mili məsafədə lövbər salıb. Gəminin Böyük Britaniyanı İspaniya, Kanada, Portuqaliya və ABŞ ilə birləşdirən sualtı telekommunikasiya kabellərindən bir mildən az məsafədə lövbər salması şübhəli addım kimi qiymətləndirilib. Buna görə də lövbər saldıqdan 14 saat sonra Kral Donanması Somersetdəki RAF Yeoviltondan gəmiyə Wildcat helikopteri göndərib. Bundan əlavə, 28 yanvar səhəri Sahil Mühafizəsinin kəşfiyyat təyyarəsi yük gəmisinin ətrafında yarım saat dövrə vurub. Nəşr bildirib ki, daha sonra Sinegorsk lövbəri yığaraq dənizə qayıdıb.

Qəzet əlavə edib ki, gəminin sonuncu qeydə alınmış liman zəngi üç həftə əvvəl Arxangelskdə olub. Qeyd olunur ki, Sinegorsk Rusiyanın "kölgə donanması"nın bir hissəsi və Britaniyanın sanksiya siyahısında deyil.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR