Avropanın 11 ölkəsi Brüsseldən ruslar üçün viza siyasətini sərtləşdirməsini tələb edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hazırda Fransa, İtaliya və İspaniya hələ də rusiyalılara ən çox viza verən ölkələrdir.
Bildiririlir ki, Baltikyanı ölkələr, Polşa, Çexiya, Danimarka, Finlandiya, Hollandiya və İsveç, eləcə də İslandiya və Norveç Rusiya vətədaşlarına Şengen vizası verilməsi qaydalarının sərtləşdirilməsinə dair petisiya təqdim ediblər. Onlar mövcud məhdudiyyətlərin gücləndirilməsini istəyirlər.
Məktubda ruslara verilən Şengen vizalarının sayının artdığı qeyd olunurş 2024-cü ildə rusiyalılara 565.000 viza verilibsə, 2025-ci ildə bu, 623.000-ə qədər artıb. Ərizəçilər hesab edirlər ki, bu tendensiya Brüsseldən əlavə tədbirlər tələb edir.
Ayrıca olaraq, təşəbbüskar ölkələr vurğulayırlar ki, tammiqyaslı müharibənin beşinci ilə keçməsinə baxmayaraq, rusların niyə Avropa daxilində sərbəst səyahət etməyə davam etdiyi hələ də aydın deyil.
Musavat.com






