Böyük Britaniya hakimiyyəti Rusiya ilə əməkdaşlıq edən iş adamlarına qarşı bank sistemində məhdudlaşdırıcı tədbirlər tətbiq edir.
Musavat.com xəbər verir ki, bunu Rusiyanın Londondakı səfiri Andrey Kelin "İzvestiya"ya deyib:
"Pərdəarxası dağıdıcı işlər davam edir. Britaniyalılar o cümlədən dost ölkələrdən olan iş adamlarına qarşı birtərəfli məhdudiyyətlər tətbiq edirlər".
Kelinin sözlərinə görə, bu, ilk növbədə belə ölkələrin Britaniya bank sisteminə və xidmət sektoruna çıxışından məhrum edilməsini nəzərdə tutur. Səfir iddia edir ki, London həmçinin şantaj, hədə-qorxu və rüşvətxorluğa əl atır.
Kelin qeyd edib ki, Britaniya biznes dairələrini qorxudur və rus tərəfdaşlarına gələcək investisiyalar müqabilində Rusiya ilə əməkdaşlıqdan imtina etməyə təzyiq göstərir.
Musavat.com






