İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada qalmaqallı təşəbbüs: Kişilərə qadınlarla fikir ayrılığına görə cəza tətbiq oluna bilər

352 16.12.2025 02:20 Dünya A A

Böyük Britaniyada “Yaşıllar” Partiyasının rəhbərliyi qadınlara qarşı nifrət anlayışının əhatə dairəsinin genişləndirilməsini təklif edir.

Musavat.com xəbər verir ki, təqdim olunan yeni qaydalara əsasən, kişilərlə qadınlar arasında yaranan istənilən fikir ayrılığı intizam pozuntusu kimi qiymətləndirilə və cərimə ilə nəticələnə bilər.

Hüquqşünaslar sənədlə bağlı ciddi narahatlıq ifadə edirlər. Onların fikrincə, təklifdə yer alan təriflər həddindən artıq geniş və qeyri-müəyyəndir. Bu isə praktikada adi mübahisələrin belə “cinsi ayrı-seçkilik” kimi şərh olunmasına yol aça bilər. Ekspertlər hesab edirlər ki, belə yanaşma söz azadlığına və hüquqi müəyyənlik prinsipinə ciddi risklər yaradır.

Məsələ ilə bağlı açıqlama verən “Yaşıllar” Partiyasının lideri Zak Polanski Böyük Britaniyanın Ali Məhkəməsinin bioloji cinslərlə bağlı mövqeyini tənqid edib. Onun sözlərinə görə, özünüidentifikasiya prinsipi qəti şəkildə qorunmalıdır.

Polanski eyni zamanda Britaniyanın daha çox qaçqın qəbul etməsinin tərəfdarı olduğunu bildirib. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR