"Beynəlxalq tərəfdaşlarımızla birgə İranda təhlükəsizlik qüvvələri tərəfindən törədilən zorakılıq xəbərlərindən dərin narahatlıq duyuruq və etirazçıların öldürülməsini qətiyyətlə pisləyirik!"
Musavat.com bildirir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper "X" sosial media hesabında yazıb.
Nazir qeyd edib ki, İran hakimiyyəti öz əhalisini qorumaq məsuliyyətini daşıyır və qisas qorxusu olmadan ifadə azadlığına, dinc toplaşmalara imkan verməlidir:
"İran hakimiyyətini təmkinli olmağa, zorakılıqdan çəkinməyə və vətəndaşların fundamental hüquqlarını qorumağa çağırırıq".
Xalidə Gəray
Musavat.com






