Böyük Britaniyanın qaz anbarlarında 6700 GVt/saat yanacaq qalıb.
Musavat.com xəbər verir ki, bu barədə Daily Mail qəzeti Böyük Britaniyanın qaz ötürmə şəbəkəsi operatoruna istinadən məlumat yayıb. Bildirilir ki, bu, ölkənin 1,5 günlük daxili istehlakı ödəmək üçün kifayətdir. Qəzetin məlumatına görə, Böyük Britaniyanın anbarlarındakı qaz ehtiyatları 2025-ci ildəki 18000 GVt/saatdan 2026-cı ildə 6700 GVt/saata düşüb. Qeyd olunur ki, mayeləşdirilmiş təbii qaz ehtiyatları da oxşar səviyyədədir.
Qəzet vurğulayıb ki, əvvəllər Britaniyanın yeraltı anbarlarında təxminən 12 günlük tələbatı ödəmək üçün kifayət qədər qaz ehtiyatı saxlanırdı, lakin proqram maliyyələşdirməsinin kəsilməsi səbəbindən bu təcrübə dayandırılıb.
Treyderlər Böyük Britaniyadakı vəziyyətdən istifadə edərək, başqa çarəsi olmadığını bilərək, ona daha yüksək qaz qiymətləri təyin edirlər. Daily Mail qəzetinin məlumatına görə, hazırda Böyük Britaniya Avropada ən yüksək topdansatış qaz qiymətini ödəyir.
Halbuki ötən həftəyə qədər Böyük Britaniyanın qiyməti Aİ qiymətindən aşağı idi.
3 martda The Wall Street Journal qəzeti 3000-dən çox gəminin Hörmüz boğazından keçmək üçün Fars körfəzi limanlarında gözlədiyini bildirib.
Musavat.com






