İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüsseldən Ermənistana BÖYÜK DƏSTƏK - Azərbaycan sərhədindən Türkiyəyə qədər...

1253 24.06.2026 13:26 Region A A

Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədindən Ermənistan-Türkiyə sərhədinədək uzanan strateji marşrutların hazırlanmasında İrəvana məsləhətçi dəstəyi verəcək.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan məlumat verib.

Ermənistan KİV-lərinin yaydığı məlumata görə, ölkənin Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Avropa Komissiyası və Avropa İnvestisiya Bankı (AİB) ilə niyyət memorandumu imzalayıb.

İlkin mərhələdə AİB sözügedən yol layihələri üçün tələb olunan tədqiqatların həcminin müəyyən edilməsi və həll yollarının işlənib hazırlanması məqsədilə Ermənistana məsləhət xidmətləri göstərəcək.

Nazir Xudatyanın sözlərinə görə, təşəbbüs çərçivəsində Azərbaycanla sərhəddən Türkiyə sərhədinədək uzanan və sərhəd-keçid məntəqələrini Ermənistanın yol şəbəkəsi ilə birləşdirəcək "Axurik - Kayan" (212 km) və "Marqara - Kayan" (258 km) strateji avtomobil yollarının hazırlanmasına dəstək nəzərdə tutulur.

Brüsseldə imzalanan bu sənəd "Şərq Tərəfdaşlığının Bağlılığa İnvestisiya" (EPIC) təşəbbüsü çərçivəsində məsləhətçi dəstəyinə rəsmən start verir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR