İndoneziyanın Mərkəzi Yava əyalətində sərnişin avtobusunun aşması nəticəsində ən azı 16 nəfər ölüb.
Musavat.com xəbər verir ki, rəsmilərin sözlərinə görə, Cakartadan Yoqyakartaya gedən avtobus gecə yarısında Mərkəzi Yavanın Semarang şəhərindəki Krapyak ödəniş məntəqələrinin yaxınlığında idarəetməni itirərək beton maneəyə çırpılıb.
Axtarış və xilasetmə rəsmisi Budiono bildirib ki, 34 sərnişin daşıyan şəhərlərarası avtobus dolama yolda aşıb və bəzi sərnişinlər avtobusun gövdəsi ilə maneə arasında qalıb.
Budiono bildirib ki, polis və xilasetmə qrupları qəzadan təxminən 40 dəqiqə sonra hadisə yerinə gəlib və 6 sərnişin hadisə yerində, 10 sərnişin isə xəstəxanaya aparılarkən və ya müalicə zamanı ölüb.
O əlavə edib ki, yaralılardan 18 nəfər yaxınlıqdakı iki xəstəxanaya aparılıb və onlardan 5-nin vəziyyəti ağırdır.
Musavat.com






