İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə Trampın namizədi qalib gəldi – ABŞ xəbərdarlıq etdi

737 25.12.2025 09:08 Siyasət A A

Vaşinqton administrasiyası Hondurasdakı siyasi qüvvələrin prezident seçkilərinin nəticələrinə hörmətlə yanaşmasını gözləyir və ABŞ ölkə ilə təhlükəsizlik əməkdaşlığını inkişaf etdirməyə sadiqdir.

Musavat.com xəbər verir ki, bu, ABŞ dövlət katibi Marko Rubionun yazılı açıqlamasında əksini tapıb: "Amerika Birləşmiş Ştatları Hondurasdan seçilmiş prezident Nəsri Əsfuranı Milli Seçki Şurası tərəfindən təsdiqlənmiş seçkilərdəki açıq qələbəsi münasibətilə təbrik edir. Biz onun yeni administrasiyası ilə ikitərəfli və regional təhlükəsizlik əməkdaşlığını inkişaf etdirmək, ABŞ-a qanunsuz miqrasiyanın qarşısını almaq və ölkələrimiz arasında iqtisadi əlaqələri gücləndirmək üçün işləməyi səbirsizliklə gözləyirik".

Rubio əlavə edib ki, "Amerika Birləşmiş Ştatları bütün partiyaları təsdiqlənmiş seçki nəticələrinə hörmət etməyə çağırır ki, Honduras hökuməti hakimiyyətin seçilmiş prezident Nəsri Əsfuraya sürətli keçidini təmin edə bilsin".

Qeyd edək ki, dekabrın 24-də  Honduras Milli Seçki Şurası Milli Partiyanın nümayəndəsi Əsfuranı prezident seçkilərinin qalibi elan edib. O, səslərin 40,27 faizini, Liberal Partiyasının namizədi Salvador Nəsrullah səslərin 39,53 faizini, hakim LIBRE partiyasının namizədi Riksi Monkada səslərin 19,19 faizini toplayıb.

ABŞ prezidenti Donald Tramp dəfələrlə Əsfuraya dəstəyini ifadə edib. Bu həftənin əvvəlində Dövlət Departamenti prezident seçkilərindən sonra Hondurasdakı vəziyyətlə bağlı narahatlığını bildirib və ölkə rəhbərliyini və əsas siyasi qüvvələri seçki şurasının işinə müdaxilə etməməyə çağırıb.

30 noyabr Hondurasda keçiriləcək seçkilər ərəfəsində Tramp sakinləri Əsfuraya səs verməyə çağırıb. O, Monkadanı kommunist, Nəsrullahı isə "demək olar ki, kommunist" adlandırıb. Amerika liderinin sözlərinə görə, Asfura "azadlığın dostudur". Tramp Milli Partiyanın namizədi qalib gələcəyi təqdirdə Vaşinqtonun Hondurasa tam dəstəyini vəd edib. Amerika lideri həmçinin narkotik qaçaqmalçılığı ittihamı ilə ABŞ-da 45 illik həbs cəzası çəkən keçmiş Honduras prezidenti Xuan Orlando Hernandezin əfv olunduğunu elan edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR