İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu rayonlara intensiv yağış yağır

1128 24.05.2026 18:31 Ölkə A A

Saat 18:00-a olan məlumata əsasən bəzi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunur ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.

Beyləqan, İmişli, Mingəçevir, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Göygöl, Daşkəsən, Sabirabad, Lerik, Ağdam, Tərtər, Bərdə, Goranboy, Naftalan, Gəncə, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Yevlax, Şəmkir, Göyçay, Culfada arabir şimşək çaxır, yağış yağır.

Saat 17:42-17:48 radələrində Kişçaya (Şəki) diametri 8-11 mm olan dolu düşüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR