Artıq 2025-ci ilə yekun vururuq bu ildə ölkəmiz üçün çox uğurlu illərdən biri hesab etmək olar. Cənab Prezident İlham Əliyevin hər il olduğu kimi, bu il də ilin idman yekunları tədbirində idman ictimaiyyəti ilə görüşü tarixi hadisəyə döndü.
Musavat.com bildirir ki, bunu deputat Vüqar İsgəndərov parlamentdəki çıxışında deyib.
Əlavə edib ki, möhtərəm cənab Prezident idman ictimaiyyəti ilə görüşdə 2025-ci ilin idman uğurlarına yekun vurdu və 2026-cı ildə gənclər və idman siyasəti sahəsindəki fəaliyyətin yol xəritəsini təqdim etdi:
“2025-ci ildə Azərbaycan idmançıları 2000-dən çox medal qazanıb. Onlardan 600-dən çoxu qızıl medallardır.
Bu da ötən ilki illərlə müqayisədə yüksək nəticə hesab edilməlidir. Bu, bir daha onu deməyə əsas verir ki, ölkə başçımızın dövlətimizin hər tərəfli inkişafı siyasətində gənclər və idman siyasəti onun əsas tərkib hissələrindən və strateji sahələrindən biridir. Onu da qeyd etməliyəm ki, cənab Prezident İlham Əliyev dünyada nadir ölkə başçılarından biridir ki, həm də eyni zamanda Milli Olimpiya Komitəsinin Prezidentidir. Bu, həm də Azərbaycan idmanına və idmançılarına xoş məramlı mesajdır. Hər il olduğu kimi, bu il də ölkə başçısı tərəfindən bir qrup idmançılar mükafatlarla və mənzillərlə təltif olundular”.
V.İsgəndərov qeyd edib ki, ölkənin tanıdılması üçün idmanın rolu misilsizdir:
“Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr göstərməklə ölkəmizin tanıdılmasına və sevilməsinə xidmət göstərmiş olurlar. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Hər il ölkəmizdə onlarla beynəlxalq səviyyəli yarışlar təşkil olunur. Burada maraqlı məqam odur ki, bu yarışların təşkili və keçirilməsi özündən əvvəlki və gələcəkdə keçiriləcək yarışlara nümunə göstərilir. Bu isə həm Respublikamızın hərtərəfli inkişafını, sabitliyini və yüksək səviyyəli tədbirlərin təşkilindəki təcrübəsini özündə ehtiva edir”.
Deputat qeyd edib ki, Bakı şəhəri 2026-cı ilin dünyanın idman paytaxtı seçilib: “Bu ildə dünyanın gözü paytaxtımızda olacaq və il boyu rəngarəng idman tədbirləri həm sakinlərimizi həm də, şəhərimizin qonaqlarını gözünü oxşayacaq. Cənab Prezident Azərbaycan gənclərinədə müraciət edərək onların həm fiziki sağlam həm vətənpərvər həm də, milli mənəvi dəyərlərimizə sadiq ruhda tərbiyə olunmalarına tövsiyə etdi. Düşünürük ki, Azərbaycan gəncləri və idmançıları onlara göstərilən həm dövlət qayğısını həm də, etimadı doğrultmaq üçün ölkəmizin bütün sahələrdəki inkişafına töhfələr vermək var gücləri ilə çalışacaqlar”.
Musavat.com






