İnsanlara hürriyət, millətlərə istiqlal!

Cenevrədə 4,5 saatlıq görüş bitdi: Rusiya-ABŞ-Ukrayna danışıqları sabah davam edəcək

371 17.02.2026 23:55 Dünya A A

Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında növbəti diplomatik təmas başa çatıb.

Musavat.com xəbər verir ki, görüş 4 saat 30 dəqiqə davam edib və tərəflər sabah yenidən masa arxasına qayıtmaq barədə razılığa gəliblər.

Məlumata görə, danışıqlar zamanı Rusiya və Ukrayna nümayəndələri bir-biri ilə rus dilində ünsiyyət qurublar. Mənbə bunu birbaşa dialoqun sürətləndirilməsi və texniki rahatlıqla izah edir.

Diplomatik dairələr görüşü ilkin mövqelərin dəqiqləşdirilməsi mərhələsi kimi qiymətləndirir. Hələlik konkret razılaşmalar açıqlanmayıb, lakin danışıqların davam etdirilməsi kompromis axtarışının getdiyini göstərir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR