İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiya prezidentindən sərt xəbərdarlıq: “Putin Hitlerlə eyni metodu tətbiq edir, Avropa isə...”

731 07.12.2025 21:08 Dünya A A

"Avropa yenidən tarixin təhlükəli səhvlərini təkrarlayır".

Musavat.com xəbər verir ki,bunu Çexiya prezidenti Petr Pavel The Sunday Times-a müsahibəsində açıq şəkildə bəyan edib. Onun sözlərinə görə, Qərbin bugünkü davranışı 1939-cu ildəki faciəyə aparan yolun səsini xatırladır.

Pavel bildirir ki, Vladimir Putin bu gün Hitlerlə eyni metodu tətbiq edir — yalnız “rusların müdafiəsi” adlı başqa narrativlə. ABŞ–Rusiya arasında guya gizli danışıqlar və Ukraynanın müəyyən ərazilərinin Kremlə “təslim oluna biləcəyi” barədə söhbətlər isə Çexiya prezidentinə görə, birbaşa Münhen razılaşmasının analoqudur — yəni II Dünya müharibəsinə qapı açan anlaşma.

“Əgər Putin Ukraynada qalib gəlsə, hamımız uduzacağıq”, — deyə Pavel dünyaya xəbərdarlıq edib.

Bununla yanaşı, o etiraf edir ki, müharibədən sonra dünya nə qədər sərt olsa da, Moskva ilə yeni təhlükəsizlik arxitekturasının — 1975-ci il Helsinki Aktına bənzər bir sazişin — qurulmasına ehtiyac olacaq. Lakin bunun üçün əsas şərt dəyişməzdir: Rusiya bütün dövlətlərin sərhədlərini tanımalı və aqressiyadan imtina etməlidir.

Pavel yekun olaraq vurğulayır: “Ukraynanın uduzmasına icazə verə bilmərik — başqa yol yoxdur.”

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR