İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin İsrailə yeni investisiyaları qadağan etdi: ölkə “yüksək risk zonası” sayıldı

723 09.02.2026 02:12 Dünya A A

Çin hökumətinin İsrailə yönələn yeni investisiyaları məhdudlaşdırdığı barədə məhkəmə sənədlərində diqqətçəkən detal üzə çıxıb. Bu məhdudiyyətin İsrailin “yüksək risk zonası” kimi qiymətləndirilməsi ilə bağlı olduğu bildirilir.

Musavat.com xəbər verir ki, İsraildə Çin nəzarətində olan “Ballet Vision” adlı investisiya fondu ilə bağlı məhkəmə materiallarında fond yeni sövdələşmələrə gedə bilməməsinin səbəbi kimi Pekindən verilən göstərişləri göstərib.

Məlumata görə, fondun məhkəməyə təqdim etdiyi izahatda qeyd olunur ki, İsraildə hərbi toqquşmalar başlayandan sonra Çin tərəfi ölkəni “qırmızı kateqoriya” üzrə yüksək riskli ərazi kimi dəyərləndirib və bu çərçivədə İsraildə yeni Çin investisiyalarına faktiki qadağa tətbiq edilib.

İsrail mediasının yazdıqlarına əsasən, söhbət “Kibbutz Hanita”nın qaldırdığı iddia fonunda ortaya çıxan sənədlərdən gedir və tərəflər arasında maliyyə öhdəlikləri ilə bağlı mübahisə məhz bu “risk zonası” arqumenti üzərindən kəskinləşib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR