İnsanlara hürriyət, millətlərə istiqlal!

Cinsi cinayətkarla münasibətlər diplomatik karyeranı bitirdi

870 10.02.2026 02:02 Dünya A A

Norveçin İraq və İordaniyadakı səfiri Monne Juul vəzifəsindən istefa verib.

Musavat.com xəbər verir ki, istefanın səbəbi səfirin amerikalı maliyyəçi və seksual cinayətlərdə ittiham olunmuş Jeffrey Epsteinlə keçmiş əlaqələrinin üzə çıxmasıdır.

Məlumata görə, Monne Juulun Epşteynlə sosial və şəxsi xarakterli münasibətlərinin olması Norveç Xarici İşlər Nazirliyində daxili araşdırmaya səbəb olub. Araşdırmanın nəticələri ictimaiyyətə açıqlanmasa da, diplomatik xidmətin nüfuzuna xələl gəlməsi fonunda səfir postunu tərk etmək qərarı verib.

Norveç XİN yayımladığı açıqlamada dövlətin diplomatik korpusunda etik normalara ciddi riayət edildiyini vurğulayıb və bu prinsiplərə zidd halların qəbul edilməz olduğunu bildirib.

Qeyd edək ki, Jeffrey Epstein qalmaqalı illərdir beynəlxalq gündəmdə qalmaqda davam edir və müxtəlif ölkələrdən siyasətçilər, diplomatlar və nüfuzlu şəxslərlə bağlı yeni faktların üzə çıxmasına səbəb olur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR