Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) keçirildiyi məkanda baş verən yanğın zamanı 13 nəfər tüstüdən zəhərlənib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Bakı vaxtı ilə noyabrın 20-də axşam saatlarında baş verib. Yanğın Çin pavilyonunun yaxınlığında başlayıb.
COP30 sədrliyinin hadisə ilə bağlı yaydığı açıqlamada bildirilib ki, Mavi zonada baş verən yanğında xəsarət alan olmayıb.
Musavat.com-un əldə etdiyi məlumata görə, yanğınla əlaqədar Azərbaycan nümayəndə heyətindən heç kim xəsarət almayıb.
Nigar HƏSƏNLİ,
Musavat.com






