İnsanlara hürriyət, millətlərə istiqlal!

Çoxdan gözlənilən akt İMZALANDI - Bütün sənədlər açıqlanır - FOTO

747 20.11.2025 13:07 Dünya A A

ABŞ Prezidenti Donald Tramp Konqresdən keçən və Ceffri Epşteyn işi ilə bağlı bütün materialların ictimaiyyət üçün açılmasını nəzərdə tutan “Epşteyn Şəffaflıq Aktı”nı imzaladığını rəsmən bəyan edib.

Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, sənədlərin açıqlanması xüsusilə Demokrat Partiyasına yaxın tanınmış siyasətçilərin Epşteyn bağlantılarını üzə çıxara bilər. O, keçmiş prezident Bill Klintonun Epşteynə məxsus təyyarə ilə 26 dəfə səyahət etdiyini irəli sürüb.

Qanun layihəsi Respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatası və Senat tərəfindən təsdiqlənib. Bu addım Trampın sənədlərin gizli qalması ilə bağlı əvvəlki mövqeyindən geri çəkilməsindən sonra reallaşıb.

Qeyd edək ki, 2019-cu ildə Nyu-Yorkda federal həbsxanada ölü tapılan iş adamı Ceffri Epşteyn yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaqda günahlandırılırdı. Onun qurbanlarının bəzilərinin 14 yaşında olduğu bildirilirdi.

Yeni açıqlanan sənədlərdə Şahzadə Endryu, Bill Klinton, Donald Tramp, Al Qor, Ehud Barak, Kevin Speysi, Maykl Cekson, Devid Kopperfild kimi məşhur adlar da müxtəlif ifadələrdə hallanır.

FTB və ABŞ Ədliyyə Nazirliyi istintaq zamanı “müştəri siyahısı”na dair sübut tapılmadığını və Epşteynin intihar etdiyi qənaətini açıqlasa da, onun qəsdən öldürüldüyü ilə bağlı iddialar hələ də gündəmdə qalır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR