İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir aviaşirkət İrana uçuşları LƏĞV ETDİ

548 09.01.2026 17:06 Dünya A A

Dubayda yerləşən "Flydubai" aviaşirkəti 9 yanvar cümə günü İrana planlaşdırılan bütün uçuşları ləğv edib.

Musavat.com xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat verib.

Şirkətin açıqlamasında deyilir: "Flydubai"nin 9 yanvar 2026-cı il tarixində İrana uçuşları ləğv edilib".

Aviaşirkət vəziyyəti yaxından izləməyə davam etdiyini və zərurət yaranarsa uçuş cədvəlini dəyişdirəcəyini qeyd edib.

Qeyd edək ki, yanvarın 9-da bir neçə aviaşirkət də İstanbuldan Tehrana uçuşları ləğv edib. 

Dekabrın sonundan etibarən İranda sosial gərginlik artmaqdadır. 29 dekabr 2025-ci ildə İran rialının kəskin şəkildə düşməsi fonunda əhali Tehranın mərkəzində etiraz aksiyalarına başlayıb. Sonrakı günlərdə universitet tələbələri etirazlara qoşulub. Yanvarın əvvəlində əsasən ölkənin qərb əyalətlərində silahlı insidentlər və hüquq-mühafizə orqanları ilə toqquşmalar qeydə alınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR