Böyük Britaniyada dəhşətli qətl hadisəsi baş verib. 28 yaşlı Nikolas Metson 26 yaşlı həyat yoldaşı Hollini qətlə yetirib, daha sonra onun cəsədini 224 hissəyə bölərək bir həftə ərzində mətbəxdəki şkafda gizlədib.
Musavat.com xəbər verir ki, bu barədə " The Mirror" qəzeti dekabrın 14-də məlumat yayıb.
Hadisə 2023-cü ilin mart ayında baş verib.
Məlumata görə, Metson əvvəlcə həyat yoldaşına dörd bıçaq zərbəsi endirib, daha sonra isə cəsədi hissələrə ayırıb. O, qalıqları təxminən bir həftə mətbəxdəki anbar otağında saxladıqdan sonra cəsəddən xilas olmağa cəhd edib və Uitem çayına atıb.
Cəsəd hissələri təsadüfən ərazidən keçən şəxs tərəfindən aşkarlanıb və dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Şübhəli şəxs saxlanılıb və məhkəmə tərəfindən ömürlük həbs cəzasına məhkum edilib. Hökmə əsasən, Metson ən azı 19 il həbsdə qalacaq. Bu müddətdən sonra şərti azadlığa buraxılması üçün müraciət edə biləcək.
Qətlə yetirilən qadının anası 14 dekabr tarixində verdiyi müsahibədə bildirib ki, qızının ailə həyatı ilə bağlı bəzi problemlərə vaxtında diqqət yetirmədiyinə görə bu günə qədər özünü günahkar hiss edir.
“Biz Hollini xilas etməyə çalışırdıq, mən ümidsiz şəkildə çalışırdım… O, qızımı çox tez ailəsindən uzaqlaşdırdı və onu inandırdı ki, güvənə biləcəyi yeganə insan özüdür”, - deyə mərhumun anası bildirib.
Musavat.com






