Tovuzda evdə meyiti tapılan 84 yaşlı kişi sobanın üzərinə yıxılaraq aldığı yanıq xəsarətlərindən ölüb.
Məlumata görə, 1942-ci il təvəllüdlü C.Kazımovun dəm qazından zəhərləndiyi, daha sonra huşsuz halda yanan sobanın üzərinə yıxılaraq yanıq xəsarətləri aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.//APA






