İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli yanğında ölən işçilərin SON GÖRÜNTÜLƏRİ

2484 11.11.2025 09:09 Hadisə A A

Türkiyədə Kocaelinin Dilovası rayonundakı bir fabrikdə baş verən yanğında altı işçi həyatını itirib, yeddi nəfər isə yaralanıb.

Musavat.com xəbər verir ki, sözügedən hadisə iki ay əvvəl müəssisədə çəkilmiş videolarla yenidən gündəmə gəlib.

Görüntülərdə işçilərin bir dostlarının toyunu qeyd etmək üçün fabrikdə təşkil edilmiş əyləncədə gülüb rəqs etdikləri görünür. Fəlakətdən sağ çıxan Ayfer Aras videoları göstərərkən göz yaşlarını saxlaya bilməyib.



Müəssisədə bir müddət işləyib sonra ayrılan Sevgi Turung iş şəraiti və səhlənkarlıqdan danışıb: “Gənc qızlar ümumiyyətlə təhsil haqqını ödəmək və həftəsonları işləmək üçün gəlirdilər. Onsuz da heç kim üçün sığorta yox idi. Hətta bizə lazımi qədər maaş da vermirdilər. Naharda yeməyi də evdən gətirməli idik”.

Sevgi Turung iş yerlərində təhlükəsizlik tədbirlərinin olmadığını belə xatırlayıb: “Müdir siqaretini yerə atırdı. Biz qorxurduq, ‘Partlayacaq?’ Heç bir təhlükəsizlik tədbiri yox idi. Dözmək çətin idi, buna görə də işdən çıxdım”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR