İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan taksilərlə bağlı təklif: Bu problemlər aradan qaldırılsın  

482 19.06.2026 14:22 Dünya A A

Taksi sürücülərinə tətbiq olunan cərimələrlə bağlı əsas narazılıq qaydaların mövcudluğu deyil, bəzi hallarda sərnişinlərin təhlükəsiz və rahat şəkildə nəqliyyat vasitəsindən düşməsi üçün şəraitin kifayət qədər yaradılmamasıdır.

Musavat.com-un məlumatına görə, deputat Məlahət İbrahimqızı bunu parlamentdə çıxış edərkən deyib. Deputat ardınca bildirib: “Xəstə var, hamilə qadın var, hava şəraiti var. Bəzən elə hallar olur ki, taksi sürücüsü sərnişini düşürmək üçün məcburən müəyyən məsafədə dayanmalı olur və buna görə cərimə ilə üzləşir”.

M.İbrahimqızı qeyd edib ki, ictimai əhəmiyyətli obyektlərin, xəstəxanaların və digər məkanların yaxınlığında qısa müddətli sərnişin mindirmə və düşürmə imkanlarının yaradılması məqsədəuyğun olardı: “Bəzən xəstəxananın yanında belə, sərnişini düşürmək üçün imkan olmur. Halbuki, bəzi hallarda cəmi 2-3 dəqiqəlik dayanma kifayət edir ki, sərnişin rahat şəkildə avtomobildən düşsün”.

Deputat taksi sürücülərinin aidiyyəti qurumlar arasında, xüsusən də AYNA-nın tələblərindən yaranan ziddiyyətlərdən narazı olduqlarını da bildirib. Vurğulayıb ki, bəzi hallarda nəqliyyat fəaliyyətini tənzimləyən qurumların yanaşmaları ilə yol hərəkəti qaydalarına nəzarət edən strukturların tələbləri arasında fərqlər yaranır: “Eyni məsələ ilə bağlı fərqli yanaşmaların olması həm sürücülər, həm də sərnişinlər üçün çətinlik yaradır. Bu ziddiyyətlərin aradan qaldırılması vacibdir”.

M.İbrahimqızı onu da qeyd edib ki, taksi sektorunun tənzimlənməsi ilə bağlı təqdim olunan qanun layihəsi aktual məsələləri əhatə edir və sahədə mövcud problemlərin hüquqi çərçivədə həllinə imkan yarada bilər.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR