İnsanlara hürriyət, millətlərə istiqlal!

Donald Tuskdan Kiyevə güclü dəstək: "Ukraynanın qələbəsinə və bərpasına inanırıq"

1103 29.06.2026 13:35 Dünya A A

Polşanın Baş naziri Donald Tusk Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsi və müharibədən sonrakı gələcəyi ilə bağlı Avropa birliyinin qətiyyətli mövqeyini növbəti dəfə nümayiş etdirən mühüm bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, rəsmi çıxışı zamanı Varşavanın və bütün qitənin Kiyevlə həmrəyliyini vurğulayan Tusk Ukraynanın mütləq şəkildə qalib gələcəyinə inandıqlarını bildirib. Baş nazir Avropanın bu prosesdəki qətiyyətini belə ifadə edib: "Burada olan hər birimiz, eləcə də Polşada, Ukraynada və bütün Avropada hər kəs inanır ki, Ukrayna Rusiyanın təcavüzünə tab gətirəcək və tab gətirməkdədir. Bizim Ukraynanın yenidən bərpası ilə bağlı planlarımız heç də bir ilğım deyil. Biz 'Müharibədən sonra dağıdılmış Ukrayna şəhərlərini birlikdə bərpa edəcəyik' dedikdə, bunu tam səmimi qəlbdən və inanaraq söyləyirik. Çünki bunun müharibədən sonra mütləq baş verəcəyinə, özü də tezliklə reallaşacağına və bizim ümumi həmrəyliyimiz sayəsində mümkün olacağına inanırıq".

Donald Tusk həmçinin Ukraynanın gələcək geosiyasi statusuna da toxunaraq, ölkənin qəti inteqrasiya xəttini dəstəklədiyini bəyan edib: "Ukrayna tamamilə haqlı olaraq vahid Avropanın ayrılmaz bir parçası olmaq istəyir və buna can atır".

Siyasi analitiklər Tuskun bu bəyanatını son dövrlər regionda yaşanan gərginliklər fonunda Polşanın Ukraynaya verdiyi strateji və mənəvi dəstəyin dəyişməz qaldığının növbəti nümayişi kimi qiymətləndirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR