Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələrinə yeni hərbi qulluqçuların cəlb olunması məqsədilə xidmətə qəbul elan edib.
Qurumdan Musavat.com-a verilən məlumata görə, qəbul zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmət etmək arzusunda olan vətəndaşlar üçün nəzərdə tutulub.
Məlumata görə, namizədlər müəyyən edilmiş tələblərə cavab verməlidirlər. Belə ki, müraciət edən şəxslərin müddətli həqiqi hərbi xidmət keçmiş, 30 yaşadək, fiziki cəhətdən sağlam olması, həmçinin Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olması əsas şərtlər sırasındadır.
Qeyd edilib ki, tələblərə uyğun namizədlər xidmətə qəbul üçün müvafiq sənədlərini təqdim edə bilərlər. Xidmətə qəbul prosesi Çevik Hərəkət Qüvvələrinin komplektləşdirilməsi və peşəkar heyətin formalaşdırılması məqsədi daşıyır.
Daha ətraflı məlumat almaq istəyənlər +994 55 259 89 49, +994 70 322 15 14 və +994 51 233 25 34 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Musavat.com






