İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya nəfəsini tutacaq: 7,6 milyard insan bunu görəcək

897 09.07.2026 00:39 Dünya A A

2029-cu ilin aprelində Yerə çox yaxın məsafədən keçəcək 99942 Apofis asteroidi təxminən 7,6 milyard insan tərəfindən adi gözlə görünəcək.

Musavat.com xəbər verir ki, alimlər bunun son onilliklərin ən nadir kosmik hadisələrindən biri olacağını bildirirlər.

2029-cu ilin aprelində 99942 Apofis asteroidi Yerə o qədər yaxın məsafədən keçəcək ki, planet əhalisinin təxminən 90 faizi – yəni 7,6 milyard insan onu heç bir xüsusi avadanlıq olmadan müşahidə edə biləcək.

Müşahidəçilər üçün Apofis səmada yavaş-yavaş hərəkət edən parlaq ulduz kimi görünəcək. Maksimum yaxınlaşma zamanı onun hərəkətini teleskopsuz da fərq etmək mümkün olacaq.

Asteroid ən parlaq vəziyyətinə aprelin 13-də, Bakı vaxtı ilə saat 00:35-də Kamerun üzərində çatacaq. Onu müşahidə etmək üçün ən əlverişli şərait Afrika, Asiyanın böyük hissəsi, Cənubi Amerikanın şərqi və Avropanın bəzi bölgələrində olacaq.

Apofis Yerə maksimum yaxınlaşmanı aprelin 14-də, Moskva vaxtı ilə saat 01:45-də edəcək. O, planetimizdən təxminən 31,6 min kilometr məsafədən keçəcək ki, bu da geostasionar peyklərin orbitindən daha aşağıdır. Alimlər bildirirlər ki, Yerlə toqquşma riski yoxdur.

Apofis 2004-cü ildə kəşf ediləndə onun Yerə dəymə ehtimalı 37-də 1 kimi qiymətləndirilirdi. Lakin sonrakı dəqiq hesablamalar bu təhlükəni tamamilə aradan qaldırıb.

Məlumata görə, bu uçuş elm üçün unikal imkan yaradacaq. Yerin cazibə qüvvəsi asteroidin trayektoriyasını dəyişə və ya onun səthində müəyyən dəyişikliklərə səbəb ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR