İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada ard-arda güclü zəlzələlər: İki ölkədə sunami təhlükəsi elan edildi FOTO VİDEO

2448 25.06.2026 02:52 Dünya A A

Dünyanın iki fərqli nöqtəsində — Venesuela və Yaponiyada bir-birinin ardınca dağıdıcı gücə malik zəlzələlər qeydə alınıb. Hər iki hadisədən sonra okean sahillərində sunami xəbərdarlığı edilib.

Musavat.com xəbər verir ki, ilk güclü yeraltı təkan Venesuelada baş verib. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin gücü 7,1 bal təşkil edib. Episentr Venesuelanın Karib dənizi sahilləri yaxınlığında yerləşib. 

Güclü yeraltı təkanlar paytaxt Karakasda da ciddi şəkildə hiss olunub. Sosial şəbəkələrdə yayılan ilkin kadrlarda Karakasda bəzi binaların zədələndiyi, divarların uçduğu və insanların panika içində küçələrə axışdığı görünür. ABŞ-ın Sunami Xəbərdarlıq Sistemi zəlzələdən dərhal sonra bölgədə sunami təhlükəsi elan edib. Rəsmi qurumlar hələlik xəsarət alanlar və dağıntıların miqyası barədə yekun məlumat açıqlamayıb.

Yaponiya da sarsıldı

Venesueladakı təkanlardan qısa müddət sonra digər güclü zəlzələ xəbəri Yaponiyadan gəlib. Seysmoloqların məlumatına görə, ölkədə 6,9 bal gücündə yeraltı təkan qeydə alınıb. 

Sakit okean sahili bölgələr üçün dərhal yüksək dalğalar və sunami təhlükəsi elan olunub. Yerli əhaliyə sahildən uzaq durmaq və təhlükəsiz yerlərə təxliyə olunmaq barədə xəbərdarlıq edilib. Hadisənin fəsadları araşdırılır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR