Dünyada gəlir və sərvət bölgüsündə kəskin uçurum qalmaqdadır.
Musavat.com xəbər verir ki, "The World Inequality Lab"ın məlumatına görə, planet əhalisinin ən varlı 10 faizi dünya üzrə əldə olunan gəlirin qalan 90 faizindən daha çoxuna sahibdir.
Hesabatda bildirilir ki, bu 10 faiz qlobal sərvətin təxminən 75 faizinə nəzarət edir. Buna qarşılıq, bəşəriyyətin ən kasıb yarısına cəmi 2 faiz sərvət düşür.
Bu göstəricilər sosial bərabərsizliyin dərinləşdiyini, iqtisadi imkanların isə getdikcə daha dar bir qrupun əlində cəmləşdiyini açıq şəkildə ortaya qoyur.
Musavat.com






