İlktaxt Eçmiədzin Erməni Apostol Kilsəsində (AAK) yaranmış vəziyyətlə bağlı sərt bəyanatla çıxış edib. Bildirilib ki, Patriarxın adının müqəddəs liturgiya zamanı çəkilməməsi kilsənin əsas kanonlarına zidd olmaqla yanaşı, ibadətin qanuniliyini və mənəvi bütövlüyünü ciddi şəkildə şübhə altına alır.
Musavat.com xəbər verir ki, bəyanata görə, AAK-da Patriarxın adının liturgiya zamanı xatırlanmasına dair ilk tarixi mənbələr X əsrə aiddir. Orta əsr ilahiyyatçısı Xosrov Andzevatsinin izahında vurğulanır ki, bu ənənə təsadüfi deyil: liturgiyanı icra edən keşiş Patriarxın adını çəkməklə ona kilsə rəhbərliyi tərəfindən verilmiş kanonik səlahiyyəti təsdiqləmiş olur.
Eçmiədzin bildirir ki, keşiş tərəfindən Patriarxın adının özbaşına və ya qəsdən umulması yalnız yüzillik kilsə qaydalarının pozulması deyil, eyni zamanda müqəddəs liturgiya ayininin mahiyyətinin təhrif olunması deməkdir. Bu cür halların kilsə nizam-intizamına və doktrinal əsaslara ağır zərbə vurduğu qeyd olunur.
Musavat.com






