İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstan vətəndaşlarına ABŞ vizalarının verilməsi dayandırıldı

352 29.11.2025 08:37 Hadisə A A

ABŞ hakimiyyəti Əfqanıstan vətəndaşları üçün vizaların verilməsini dayandırmaq qərarına gəlib.

Musavat.com xəbər verir ki, bunu Dövlət katibi Marko Rubio bunu X-də elan edib: "Prezident Donald Trampın Dövlət Departamenti Əfqanıstan pasportlarından istifadə edən bütün səyahətçilər üçün vizaları dayandırıb. ABŞ üçün ölkəmizi və xalqımızı qorumaqdan daha vacib bir missiya yoxdur".

Daha əvvəl ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) xarici vətəndaşlar üçün sığınacaq müraciətlərinin baxılmasını müvəqqəti olaraq dayandırıb. Xidmət Tramp administrasiyasının ölkəyə gələn sığınacaq axtaranları deportasiya etməyi planlaşdırdığını və üçüncü dünya ölkələrindən olan insanların qəbulunu və köçürülməsini qeyri-müəyyən müddətə dayandıracağını açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR