İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əfsuslar olsun ki, biz bu günə qalmışıq" - İzzət Bağırov

839 21.12.2025 19:45 Şou-biznes A A

“İnsanın dostu cibindəki puldur. Pulun varsa, deyəcəklər, orada yox, gəl yuxarı başda otur".

Bu sözləri “Gün ortası” proqramında müğənni İzzət Bağırov deyib.

O, belə bir dövrün gəlib çatmasına görə təəssüfləndiyini bildirib:

“Baxırlar hansı maşından düşdün, nömrəsi neçədir, əlindəki telefon hansı markadır. Əfsuslar olsun ki, biz bu günə qalmışıq. İnsana gör nələrə görə qiymət verirlər. Maşınına, qolundakı saatına, geyindiyi paltarına… Gör nə günə qalmışıq. Təəssüf ki, bu cür düşüncə çoxluq təşkil edir. Yaxşı olan insanlar isə ortada itib-batır. Fikir versəniz, abırlı insan həmişə kənara çəkilir. Gəlin, insanın daxilinə, onun insanlığına, illərdir etdiyi fədakarlıqlara dəyər verək”. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR