İnsanlara hürriyət, millətlərə istiqlal!

Elməddinlə Fərda barışdı

1280 29.09.2025 01:01 Şou-biznes A A

Aktyorlar Elməddin Cəfərovla Fərda Xudaverdiyev barışıb.

O, həmkarının anasının yas mərasiminə qatılaraq, incikliyə son qoyub.

"İncə səhər"ə açıqlama verən Elməddin "Çox ağır günüdür. Təbii ki, onun yanında olmalıyam. Belə durumda bu vacibdir. İşdə fikir ayrılığı ola bilər, amma kədərli gündə yox. Küsməmişdim, sadəcə ondan incimişdim" sözlərini deyib.

Qeyd edək ki, Fərda bir neçə gün əvvəl anasını itirib.

Elməddin Fərda ilə küsmələrinin səbəbi haqda "Fərda ilə bir işləyəcəkdik. Bu üçlüyə görə layihəmi bağladım və gəldim. Son anda Fərda getdi başqa yerə. Bizim gördüyümüz iş dayandı. Sonra bağışlayırsan. Amma eşidirsən ki, Fərda deyir Elməddin "torbamı tikib". Üzüldüm. Mən səni xilas etmək üçün dağa dırmaşıram. Sən isə deyirsən sərin hava istəyirdi deyə dırmaşdı. Təşəkkür etmə, amma belə danışma" açıqlamasını vermişdi. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR