“Epşteyn işi” sənədlərində adı çəkilən şəxslərdən bəziləri artıq sabiq məmur hesab olunsa da, adı hallanlar arasında hazırda da vəzifəli şəxslər və ya siyasi tanınmışlar var. Epşteynin sənədlərində ən azı 300-dən çox tanınmış şəxsin adı hallanır.

“Müharibələrin tanklarla deyil, məlumatlar və şantajla aparıldığı bir dövr başlayıb”. Musavat.com xəbər verir ki, bunu "Ostanniy Bastion" nəşrinə Topkapı Universitetinin professoru, təqaüdçü türk admiralı Cihat Yaycı deyib. Epşteyn hekayəsini təhlil edən Yayçı deyib ki, amerikalı maliyyəçinin transmilli cinayətkar şəbəkəsinin ifşası Qərbin nüfuzun ciddi şəkildə zədələyib.
“Bunlar klassik kəşfiyyat metodlarıdır: nüfuzlu şəxsləri kompromat vəziyyətlərinə cəlb etmək, onları ələ keçirmək və şantaj üçün istifadə etmək. Epşteyn tək deyildi - ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Mossad, İsrail lobbiləri və yəhudi kapitalının maraqları ilə bir-birinə qarışaraq transmilli bir şəbəkə yaradılmışdı. Əsas məqam odur ki, bunlar sadəcə cinsi cinayətlər deyil, hərbi güc olmadan dövləti ələ keçirmək üçün bir vasitədir. Bu, Türkiyədəki “Gülənçilər”in taktikasına bənzəyir, yəni dövlət qurumlarını sarsıtmaq üçün kompromatdan istifadə edilir. 2016-cı ildə Türkiyə qismən oxşar şəbəkələrə əsaslanan kompromat savaşı ilə üzləşdi. “Epşteyn işi” təsdiq edir ki, agentləri vasitəsilə hakimiyyəti ələ keçirmək metodu qlobal fenomendir və bütün dövlətlərin suverenliyini təhdid edir” deyə, admiral nəşrə bildirib.
Admiral onu da deyib ki, “Epşteyn işi” Qərbin mənəvi aşınmasının təsdiqidir. Çünki Qərb özünü "şər"ə qarşı "xeyir"in dayağı kimi təqdim edirdi, lakin bu cinayətlər Qərb dünyasının əsl üzünü ifşa etdi. Fransa, Almaniya və Aİ cinayət törədən elitaların cinayətlərini görməzdən gələrək nüfuzlarını itirirlər.
Yayçının ən ciddi müşahidəsi bəzi ölkələrin Epşteynin şəbəkəsinə cəlb olunmamasıdır. Məsələn, “Epşteyn faylları”nda Çin, İran və Türkiyədən kimsə yoxdur.
“Bu, onlara təbliğat kozırları verir - onlar Qərbin mənəvi və əxlaqi aşınmada günahlandıra bilərlər. Türkiyə baxımından bu, xüsusilə aktualdır. Türkiyənin “Epşteyn işi”ndə təsirə məruz qalmaması cəmiyyətin ənənəvi dəyərlərini gücləndirmək və düşmən qüvvələrin qlobal miqyasda ölkə daxlinə nüfuz etməsini əngəlləmək üçün fürsətdir. Qərblə gərgin münasibətlər kontekstində Ankara bu qalmaqaldan istifadə edərək öz suveren inkişaf modelini təşviq edə, Qərb modelini inkar edə bilər” deyə, Yayçı bildirib.
Musavat.com






