İnsanlara hürriyət, millətlərə istiqlal!

Epşteyn işində SENSASİYA: Tapılan sənədlər arasında ruslara aid... - FOTOLAR

763 21.12.2025 16:22 Dünya A A

Maliyyəçi Ceffri Epşteynin iş sənədlərində rus laylası olan bir qeyd aşkar edilib.

Musavat.com xəbər verir ki, latın əlifbası ilə yazılmış qeyddə "Bayu-bayuşki-bayu, ne lojisya na krayu" sözləri yer alıb.

Bu qeydin kimin və hansı şəraitdə yazdığı hazırda məlum deyil.

Sənədlərdə başqa heç bir təfərrüat verilmir.

Qeyd edək ki, Epşteyn 2019-cu il iyulun 6-da Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluq 2002–2005-ci illərdə onun Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızların gətirildiyinə dair sübutların olduğunu açıqlayıb. Onlardan ən gənci 14 yaşında olub. Epşteynin dostları və tanışları arasında təkcə ABŞ-dən deyil, bir çox digər ölkələrdən də çoxsaylı hazırkı və keçmiş dövlət rəsmiləri, sabiq dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları yer alıb. ABŞ-də maliyyəçiyə qarşı cinayət təqibi 2019-cu ilin avqustunda onun həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR