Ceffri Epşteyn işi ilə bağlı şokedici detallar üzə çıxıb.
Musavat.com Türkiyənin “Sabah” qəzetinə istinadla xəbər verir ki, cinsi istismar ittihamları ilə mühakimə olunan milyarderin dosyesində açıqlanan yeni sənədlər məşhur piar mütəxəssisi Peqqi Siqalın adını gündəmə gətirib.
Sənədlərə görə, Siqal Keniya səfərindən sonra Epşteyn üçün “körpə gətirməyi” təklif edib.
ABŞ baş prokurorunun müavini Todd Blanşın Epşteynlə bağlı araşdırma çərçivəsində 3 milyondan çox yeni sənədin ictimaiyyətə açıqladığını bildirməsindən sonra sənədlərdə müxtəlif detallar ortaya çıxmağa başlayıb.
Peqqi Siqal Epşteynə göndərdiyi elektron məktubda Keniya paytaxtı Nayrobiyə getmək üzrə olduğunu bildirib.
Səfəri zamanı haralara gedəcəyini Epşteynə izah edən Siqal e-poçtunda belə yazıb:
“Bizə başqa bir həyat təcrübəsi yaşatdığın üçün nə qədər təşəkkür etsək, azdır. Masai döyüşçüləri bizi yeməsə, somalili quldurlar yeyəcək”.
Siqalın e-poçtunda “Sənin üçün bir və ya iki balaca körpə gətirə bilərəm. Qız olsun, yoxsa oğlan? Tam Madonna kimi” ifadəsi diqqət çəkib.
ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melania Tramp haqqında çəkilən sənədli filmin rejissoru Brett Ratnerin Epşteynlə birlikdə görüntüləndiyi fotolar da yeni yayımlanan sənədlər arasında yer alıb. Fotolarda Ratnerin Epşteyn və şəxsiyyəti gizli saxlanılan iki qadınla birlikdə bir divanda qucaqlaşaraq oturduğu görünür.
Sözügedən görüntülərin hansı tarixdə çəkildiyi barədə məlumat verilməyib.
Musavat.com






