İnsanlara hürriyət, millətlərə istiqlal!

Ər Riyaddan Tehrana son xəbərdarlıq: Səbrimiz sonsuz deyil...

1274 19.03.2026 09:18 Siyasət A A

Səudiyyə Ərəbistanı və digər Körfəz Ərəb dövlətləri İrandan gələn hər hansı bir gərginliyə qarşı sərt reaksiya verəcəklər.

Musavat.com xəbər verir ki, bu açıqlamanı Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud verib. Səudiyyə Ərəbistanının xarici işlər naziri həmçinin qeyd edib ki, İran rəhbərliyi Körfəz Ərəb dövlətlərinin onun hücumlarına cavab verə bilmədiyinə inanmaqda səhv edib: "Əgər İran Körfəz Ərəb Dövlətlərinin onun təcavüzünə cavab verə bilməyəcəyini düşünürdüsə, səhv edirdi. Səudiyyə Ərəbistanı və regiondakı digər ölkələr lazımi hərbi imkanlara malikdir və biz lazım gələrsə, hamısından istifadə edəcəyik".

O, bildirib ki, "İrana qarşı son etimad izləri tamamilə sarsılıb" və Tehran, onun fikrincə, "qonşuları ilə dialoqa inanmır".

Nazirin sözlərinə görə, İran "siyasi məqsədlərinə çatmaq üçün şantaj"dan istifadə edir: "Üzr istəyir, amma bunlar da ölkələrimizi şantaj etmək cəhdindən başqa bir şey deyil. Hər hansı bir eskalasiya yalnız əks-eskalasiya ilə qarşılanacaq".

Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanının səbri "sonsuz deyil" və ölkə İrana olan etimad "sarsıldığından" İranın hərəkətlərinə cavab vermək hüququnu özündə saxlayır. Fərhan Əl Səud həmçinin Tehranın bu cür hücumların Amerika hərbi bazalarının mövcudluğu ilə əlaqəli olduğu iddiasının "inandırıcı olmadığını" qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR